İran nüvə proqramı ilə bağlı ABŞ-la danışıqları bərpa etmək istəyir

İran nüvə proqramı ilə bağlı ABŞ-la danışıqları bərpa etmək istəyir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Ağ Evdə ABŞ prezidenti Donald Tramp Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə görüşündə deyib.
Onun sözlərinə görə, Vaşinqton İranla danışıqlara hazırdır:
"Biz tələsmirik, çünki razılaşma əldə oluna biləcəyi barədə bəyanat vermişdik. Razılaşmalı idilər, sonra biz onları bir neçə ərazisini bombaladıq. Bütün hallarda onlar danışıqlar aparmaq istəyirlərsə, biz onlara hazırıq".
Dövlət Departamentinin sözçüsü Temmi Bryus bildirib ki, ABŞ İranın nüvə proqramı üzrə danışıqların bərpası təşəbbüsünün Tehrandan gəlməsini gözləyir.
"Top onların meydançasındadır və o (ABŞ prezidenti Donald Tramp - red) onlardan (İran -red) danışıqlara başlamalarını gözləyir, çünki bu, onların maraqlarına uyğundur".
Axios çərşənbə axşamı mənbələrə istinadən xəbər verir ki, ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə sazişinin bağlanması üçün son tarix kimi avqustun sonunu təyin etmək barədə razılığa gəliblər, əks halda Tehran sərt sanksiyalarla üzləşəcək.
Oxşar xəbərlər
Ekrem İmamoğlunun məhkəmə zalından görüntüləri yayıldı
İstanbul Böyük Şəhər Bələdiyəsinin keçmiş sədri Ekrem İmamoğlunun məhkəmə zalından görüntüləri yayılıb. BAKU.WS xəbər verir ki, hakimin qərarı ilə 1 il 8 ay müd...