İlhan Şeşenin cənazəsi liftdə qaldı
Dünən xərçəng xəstəliyindən müalicə aldığı xəstəxanada həyatını itirən 76 yaşlı türkiyəli sənətçi İlhan Şeşen üçün İstanbulda vida mərasimi keçirilib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Kadıköydəki Caddebostan Mədəniyyət Mərkəzində keçirilən mərasimə onun ailəsi, dostları və sevənləri qatılıb.
İlhan Şeşenin cənazəsi səhnədə dostlarının ifa etdiyi "Ankara'dan Abim Geldi" mahnısı ilə yola salınıb.
Ustad sənətçi günorta saatlarında "Şakirin məscidi"ndə qılınacaq cənazə namazından sonra Karacaahmet qəbiristanlığında torpağa tapşırılacaq.
Mərasimdən sonra İlhan Şeşenin cənazəsi cənazə vaqonuna aparılmaq üçün imam və mərasim heyətinin müşayiəti ilə liftə aparılıb.
Lakin lift nasaz olub və orta mərtəbədə dayanıb. Şeşənin cənazəsi, imam və rəsmi mərasim qrupu təxminən yarım saat liftdə qalıb.
Həmin vaxt sənətçinin yaxınları və sevənləri böyük hüznlə bayırda gözləyiblər. Xilasedicilərim müdaxiləsi ilə liftin qapıları açılaraq içindəkilər çölə çıxarılıb.
Şeşenin cənazəsi cənazə namazının qılınacağı mərasimdən sonra məscidə aparılıb.
Ustad sənətçi günortadan sonra Şakirin məscidində qılınacaq cənazə namazının ardından Karacaahmet qəbiristanlığında torpağa tapşırılacaq.
Qalereya
Oxşar xəbərlər
Trampın dəyişdirdiyi ad Kanadanın dövlət qurumlarının xəritələrində də yer alıb
Kanadanın Ontario əyalətinin dövlət qurumları xəritələrində Ontario gölünü "Amerika gölü" adı ilə göstərməyə başlayıblar. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir...