Hülya Avşar Harika Avcının kirayə haqqını ödəyib? - AÇIQLAMA

Hülya Avşar Harika Avcının kirayə haqqını ödəyib? - AÇIQLAMA
Foto
Dünya 75

1980-ci illərin məşhur müğənnisi Harika Avcı hazırda acınacaqlı vəziyyətdə yaşayır. Sosial şəbəkələrdə yayılan yeni məlumatlara görə sənətçinin həmkarı Hülya Avşar onun ev sahibinə zəng edərək kirayə haqqını ödəmək istədiyini deyib. 

BAKU.WS xəbər verir ki, Hülyanın həmkarına jesti bununla da bitməyib. Onun həm də Harikanın mahnılarının hüquqlarını müəyyən məbləğ qarşılığında almaq istədiyi vurğulayıb. 

Bütün bu xəbərlərdən sonra Hülya Avşar sosial şəbəkə hesabında açıqlama yayıb.

İfaçı bildirib ki, məlumatlar əsassızdır və heç bir həqiqəti əks etdirmir. 

Xatırladaq ki, bir neçə gün əvvəl Harika Avcının kirayə qaldığı evin sahibi "Müğənniyə təcili kömək etmək lazımdır" deyərək vətəndaşlara müraciət etmişdi. 

Avcı isə son açıqlamalarından birində "Qısa müddətə vəfat xəbərim eşidiləcək. Qaraciyərim sıradan çıxıb. Həkimə də getmirəm. Mən ölməyi seçdim. Əvvəllər də mənə qaraciyər xərçəngi diaqnozu qoyulmuşdu. Amma bir ricam var – itim mən öldükdən sonra da yaşamağa davam edəcəksə, ona sahib çıxın" - deyə qeyd etmişdi. 

Son xəbərlər