Hərbi xərclərə görə ölkələrin SİYAHISI
2024-cü ildə dünya üzrə hərbi xərclər 2,72 trilyon dollara çatıb.
BAKU.WS xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına istinadla TASS xəbər verib.
Artım 9,4 faiz təşkil edib, bu rəqəm soyuq müharibə dövründən bəri ən yüksək göstəricidir. ABŞ, Çin, Rusiya, Almaniya və Hindistan dünyada ən çox hərbi xərcləmə edən ölkələrdir. Rusiyanın hərbi xərcləri 149 milyard dollar olub.
Almaniyanın hərbi xərcləri 88,5 milyard dollar təşkil edib. Almaniyada borc məhdudiyyətlərinin ləğvi müdafiə xərclərinin artırılmasına imkan verib.
Ümumilikdə NATO ölkələrinin hərbi xərcləri 1,5 trilyon dollara çatıb ki, bu da dünya üzrə 2,72 trilyon dollarlıq xərclərin yarısından çoxunu təşkil edir. Ümumi artım isə soyuq müharibənin bitməsindən bəri ən yüksək göstərici olub.
Oxşar xəbərlər
KİV: Tramp Meksikada hərbi əməliyyat hazırlayır
ABŞ Prezidenti Donald Trampın administrasiyası Meksikada narkokartellərə qarşı mübarizə üçün yeni hərbi missiyanın ətraflı planlaşdırılmasına başlayıb. BAKU.WS...