Ərdoğan: Türkiyə Rusiya-Ukrayna danışıqlarının davam etdirilməsi üçün səy göstərəcək
Türkiyə Rusiya və Ukrayna arasında danışıqların davam etdirilməsi üçün səy göstərəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Albaniyadan qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.
"Biz tərəflər arasında danışıqların davam etdirilməsi və dialoq kanallarının açıq saxlanılması üçün səylərimizi əsirgəməyəcəyik", - o qeyd edib.
Xatırladaq ki, dünən Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbuldakı danışıqlarının nəticələrinə əsasən, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bir sıra məsələlərin müzakirə olunduğunu, xüsusilə Ukrayna tərəfinin iki ölkənin prezidentləri Volodimir Zelenski və Vladimir Putin arasında birbaşa danışıqların aparılmasını istədiyini bildirib.
Oxşar xəbərlər
Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib?
Şimali Koreya lideri Kim Çen Inın öldüyü və ölkədə hakimiyyətin onun bacısı Kim Yo Çjuna keçdiyi barədə iddialar yayılıb. BAKU.WS xəbər verir ki, bu barədə xari...