Ərdoğan oteldə yanğında həlak olanların dəfnində ağladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Boludakı yanğında həyatını itirənlərin cənazə namazında iştirak edib.
BAKU.WS xəbər verir ki, Türkiyə dövlət başçısı dəfn zamanı yanğında həyatını itirənlərə görə ağlayıb.
Qeyd edək ki, ötən gün Bolunun Kartalkaya bölgəsindəki 12 mərtəbəli "Grand Kartal" otelində gecə saat 03:00 radələrində baş verən yanğında oteldə olan 238 nəfərdən 76-sı həyatını itirib, 51 nəfər isə yaralanıb. Hadisə ilə bağlı 9 nəfər saxlanılıb.
Türkiyə Səhiyyə Nazirliyi Kartalkaya xizək mərkəzindəki "Grand Kartal" otelində baş verən yanğında xəsarət alan 29 nəfərin evə buraxıldığını, 22 nəfərin müalicəsinin davam etdiyini bildirib.
Oxşar xəbərlər
MOSSAD-ın yeni rəhbəri Belarusda doğulmuş general Hofman ola bilər
İsrailin baş naziri Benyamin Netanyahunun hərbi katibi vəzifəsində çalışan general-mayor Roman Hofman ölkənin xarici kəşfiyyat xidməti olan MOSSAD-ın növbəti rə...