Əraqçı ABŞ-nin İrana qarşı sanksiyalarını lağa qoydu: "Biz bu filmi artıq görmüşük"
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ-nin Tehrana qarşı yeni sərt sanksiyalar tətbiq etmək vədlərini keçmiş prezident Barak Obamanın 2012-ci ildəki tvitini xatırladaraq şərh edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, XİN başçısı bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
Həmin vaxt Obama vitse-prezidenti Co Baydenin İrana "sanksiyalar tarixinin ən sarsıdıcı sanksiyaları. Nöqtə" vəd etdiyi sözlərindən sitat gətirmişdi.
"14 il əvvəl: "Tarixin ən dağıdıcı sanksiyaları". İşə yaramadı. 8 il əvvəl: "Maksimum təzyiq". İşə yaramadı. 5 ay əvvəl: "Qeyd-şərtsiz təslim olma". İşə yaramadı. Bu gün: "Tarixin ən sarsıdıcı iqtisadi əməliyyatı". İflasa məhkumdur.
Biz bu filmi artıq görmüşük. Həmin cəfəngiyatdır. Sadəcə, indi hədələyənlər başqalarıdır", - deyə Əraqçı qeyd edib.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İrana qarşı güclü iqtisadi təzyiq əməliyyatına başladığını elan etmişdi.
Oxşar xəbərlər
İran ABŞ və İsrailə qarşı daha dağıdıcı əməliyyat planı hazırladığını açıqlayıb
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ABŞ və İsrailə qarşı mümkün yeni qarşıdurma ilə bağlı açıqlama verib. BAKU.WS xəbər verir ki, Rezai...