Əmisi qızının keçmiş əri ilə evlənən "Survivor" iştirakçısı danışdı - Aramızda problem yoxdur
"Survivor All Star 2024" yarışması ilə tanınan və toy mərasimi ilə də gündəmə gələn Kardeniz Kılıç barəsində yayılan xəbərlərə münasibət bildirib.
BAKU.WS Haber Global-a istinadən xəbər verir ki, o ərinin, əmisi qızının keçmiş həyat yoldaşı olduğunu təsdiqləyib.
Kılıçın əmisi qızının keçmiş həyat yoldaşı ilə evlənməsi iddiası sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olmuşdu. İddiaları təkzib etməyən Kılıç açıqlamasında münasibətlərinin 5 il əvvəl başladığını, əmisi qızının isə 10 il əvvəl boşandığını vurğulayıb.
"Toy günümüzdən bəri əsassız xəbərlər çoxaldı. Həyat yoldaşımın evliliyi 10 il əvvəl bitib, münasibətimiz isə 5 il əvvəl başlayıb. Ortada xəyanət və ya ailə dağıtmaq yoxdur. Həyat yoldaşımın keçmiş həyat yoldaşı ilə də aramızda heç bir problem yoxdur. Sadəcə yayılan bu xəbərlər onu çox narahat edib", - deyə Kılıç bildirib.
Oxşar xəbərlər
"Xatəm əl-Ənbiya": İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq
İran ordusu Amerikanın Yaxın Şərqdəki hərbi bazalarını hədəf ala bilər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" hərbi kom...