Ekrem İmamoğlu həbs olundu

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri (İBB) Ekrem İmamoğlu həbs olunub.
BAKU.WS xəbər verir ki, məhkəmə bu barədə müvafiq qərar çıxarıb.
Xatırladaq ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Ekrem İmamoğlu İBB-yə qarşı aparılan istintaq çərçivəsində həbs tələbi ilə məhkəməyə aparılmışdı.
İmamoğlu və digər 99 şübhəli barəsində "cinayətkar təşkilata rəhbərlik", "cinayətkar təşkilata üzvlük", "korrupsiya", "rüşvət alma", "fırıldaqçılıq", "qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi" və "tenderi saxtalaşdırma" cinayətləri ilə bağlı istintaq başladılıb, onun və digər şəxslər "PKK/KCK terror təşkilatına yardım" ittihamı üzrə cinayət işi açılmışdı.
İstintaq çərçivəsində Çağlayandakı İstanbul Məhkəməsi şübhəlilər Ekrem İmamoğlu, Əli İlbak, Adəm Tuncay, Əhməd Köksal, Əli Nuhoglu, Əyyub Subaşı, Kamil Timur Delibaş, Murat Abbas, Metə Sarıaltun, Alper Aydın, Serdal Taşkın, Sərkan Öztürk, Mustafa Nihat Sütlaş, Süleyman Atik, Əhməd Çiçək, Yusuf İlbak, Sərvət Yıldırım, Serdar Haydanlı və Buğra Gökçenin həbs edilməsinə qərar verib.
Oxşar xəbərlər
Ərdoğan: CHP-nin özünün çalıb-oynadığı oyunu izləyirik
"Cümhuriyyət Xalq Partiyasının (CHP) özünün çalıb oynadığı oyunu izləyirik". "Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabi...
