Donald Tramp atəşkəsdən sonra İranı yenidən təhdid edir
09
apr
2026
10:18
ABŞ prezidenti Donald Tramp İrana qarşı təhdidləri davam edir.
BAKU.WS "lenta.ru"ya istinadən xəbər verir ki, Tramp əgər Tehran razılaşmalardan imtina edərsə, Vaşinqton əvvəlkindən daha genişmiqyaslı hərbi əməliyyatlara başlayacağını vurğulayıb.
O, bunu sosial media platforması "TruthSocial"da yazıb.
"Əgər nədənsə bu baş verməsə, onda atışma əvvəlkindən daha böyük, daha mürəkkəb və daha güclü şəkildə başlayacaq" - deyə Ağ Ev rəhbəri qeyd edib.
Tramp daha əvvəl ABŞ qüvvələrinin müqavilənin şərtləri tam yerinə yetirilənə qədər İranın ətrafında qalacağını bildirmişdi.
Oxşar xəbərlər
103 dron vurulub, 34 gəmi məhv edilib: ABŞ aviadaşıyıcısı ilə bağlı DETALLAR
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Abraham Lincoln" aviadaşıyıcısı göyərtəsindəki üst qurğuda məhv edilmiş pilotsuz uçuş aparatları və düşmən gəmiləri ilə bağl...