Demensiya xəstəliyi bu ölkədə daha çox YAYILIB
ABŞ-də aparılan araşdırmada demensiya xəstəliyinin daha çox rast gəlindiyi bölgələr açıqlanıb.
BAKU.WS xəbər verir ki, tədqiqatın nəticələri "JAMA Neurology" jurnalında dərc edilib.
Araşdırma Kaliforniya Universitetinin (San-Fransisko) alimləri tərəfindən aparılıb. Əsas bölgə kimi Orta Atlantika seçilib.
Məlum olub ki, demensiya halları ən çox Şimal-Atlantikanın cənub-şərq hissəsində müşahidə olunur. Bu bölgədə demensiya xəstəliyi 25% daha çox rast gəlinib.
Şimal-Qərb və Qayalı dağlar bölgəsində bu göstərici 23% daha yüksək olub. Cənub bölgəsində 18%, Cənub-Qərbdə – o cümlədən Kaliforniyada – 13%, Şimal-Şərqdə, o cümlədən Nyu-Yorkda isə 7% daha çox qeydə alınıb.
Bu fərqlər insanların yaşı, irqi və ürək-damar xəstəlikləri nəzərə alındıqdan sonra da dəyişməyib. Eyni vəziyyət kənd yerlərində də müşahidə olunub.
Oxşar xəbərlər
Çandra 6 qalaktikada 84 sirli rentgen mənbəyi aşkarlayıb
NASA-nın "Chandra" kosmik teleskopu altı müxtəlif qalaktikada aşağı enerjili rentgen şüaları yayan 84 şübhəli obyekt aşkarlayıb. BAKU.WS xəbər verir ki, alimlər...