Corc Kluninin həyat yoldaşının ABŞ-yə girişi qadağan oluna bilər

Corc Kluninin həyat yoldaşının ABŞ-yə girişi qadağan oluna bilər
Dünya 83

Aktyor Corc Kluninin həyat yoldaşı, vəkil Amal Kluniyə Donald Trampın sanksiyaları səbəbindən ABŞ-yə giriş qadağan oluna bilər.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, fevral ayında Amerika lideri Amerikanın müttəfiqlərinə qarşı təhqiqatlarda iştirak edən şəxslərə qarşı sanksiyaların tətbiqinə icazə verən sərəncam imzalayıb.

Daha sonra "Financial Times" Böyük Britaniya Xarici İşlər Nazirliyinə istinadən xəbərdar edib ki, qanun Beynəlxalq Cinayət Məhkəməsində (ICC) İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallant üçün həbs orderlərinin hazırlanmasına kömək edən Amal Kluni də daxil olmaqla, bir sıra vəkillərə təsir edə bilər.

Amal Kluni Livanda anadan olub, lakin iki yaşında ailəsi ilə birlikdə Böyük Britaniyaya mühacirət edib və burada Oksfordu bitirib. Onun ABŞ vətəndaşlığı yoxdur. O, 2002-ci ildə ABŞ-da vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Müdafiəçi 2014-cü ilin sentyabrında aktyor Corc Kluni ilə evlənib. Cütlük iki yeddi yaşlı əkiz Aleksandr və Ella adlı övlad böyüdür.

Son xəbərlər