Coinbase-ə kiber hücum: 400 milyon dollarlıq itki riski
Dünyanın aparıcı kriptovalyuta platformalarından biri olan Coinbase kiber hücuma məruz qalıb. Şirkət hadisənin 400 milyon dollara qədər zərərə səbəb ola biləcəyini açıqlayıb.
BAKU.WS Haber Global-a istinadən xəbər verir ki, xakerlər əməkdaşlara pul verərək müştəri məlumatlarına çıxış əldə edib və saxta yollarla istifadəçiləri aldadaraq onların kriptovarlığını ələ keçiriblər. Şirkət müştərilərin cəmi 1%-dən azının məlumatlarının sızdığını, amma bunların dələduzluqda istifadə edildiyini bildirib.
Coinbase hücumla bağlı hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyini, 20 milyon dollarlıq fidyə tələbinə cavab verməyəcəyini, əvəzində həmin şəxslərin tapılmasına kömək edənlərə mükafat fondu ayırdığını açıqlayıb.
Şirkətin səhmləri 4,1% dəyər itirib. Hücumun, Coinbase-in S&P 500 indeksinə daxil edilməsindən az əvvəl baş verməsi diqqət çəkib.
Oxşar xəbərlər
Günəşdən nəhəng ölçüdə protuberans ayrıldı - ANBAAN VİDEO
Alimlər noyabrın 20-nə keçən gecə Günəşdə nəhəng protuberansın - "çar-protuberansın" formalaşması və ondan ayrılması prosesini müşahidə ediblər. BAKU.WS xəbər...