Co Bayden səhhəti ilə bağlı xəbərlərdən sonra ilk dəfə görüntülənib
ABŞ-nin keçmiş prezidenti Co Bayden səhhətinin pisləşməsi barədə xəbərlərdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
83 yaşlı Bayden Delaver ştatının Uilminqton şəhərində kilsədə keçirilən mərasimdən çıxarkən görüntülənib. Nəşr keçmiş prezidentin əvvəlki dövrlə müqayisədə daha zəif göründüyünü yazıb.
Qeyd edək ki, Baydenin oğlu Hanter Bayden atasının prostat xərçənginin digər orqanlara yayıldığını və bunun güclü ağrılara səbəb olduğunu bildirib.
Məlumata görə, Co Bayden 2025-ci ilin oktyabrında prostat xərçənginin müalicəsi çərçivəsində şüa və hormon terapiyası alıb.
Qalereya
Oxşar xəbərlər
Putin: Rusiya və Ukrayna razılığa gələ bilər
Rusiya və Ukrayna razılığa gələ bilər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin "Vesti" proqramına müsahibəsində b...