CNN: İran yeraltı raket bazalarının əksəriyyətinə çıxışı bərpa edib

CNN: İran yeraltı raket bazalarının əksəriyyətinə çıxışı bərpa edib
Foto
Dünya 9

İran ABŞ və İsrailin hərbi əməliyyatları zamanı zədələnmiş yeraltı raket bazalarının böyük hissəsinə yenidən çıxış əldə edib.

BAKU.WS xəbər verir ki, bu barədə CNN peyk görüntülərinə istinadən məlumat yayıb.

Məlumata görə, raket anbarlarına aparan 69 girişdən 50-si artıq istifadəyə yararlı vəziyyətə gətirilib.

Ekspertlər hesab edirlər ki, bu addım Tehrana yeraltı anbarlarda saxlanılan raket və sursatlardan daha operativ istifadə etmək imkanı yaradır. Bildirilir ki, İranın yeraltı raket obyektlərində təxminən 1000 raket mövcuddur.

Mütəxəssislərin fikrincə, əldə olunan görüntülər göstərir ki, hava zərbələrinə baxmayaraq, İranın uzun illər ərzində qurduğu yeraltı raket infrastrukturu böyük ölçüdə fəaliyyət qabiliyyətini qoruyub saxlayıb.

CNN: İran yeraltı raket bazalarının əksəriyyətinə çıxışı bərpa edib

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər