Cin Hekmanın ölüm səbəbi açıqlandı

Amerikalı məşhur aktyor Cin Hekmannın ölüm səbəbi, vəfatından iki ay sonra rəsmən açıqlanıb.
BAKU.WS sondakika-ya istinadən xəbər verir ki, 95 yaşında həyatını itirən Hekmanın ölümünə Alzheimer xəstəliyi və ürək problemlərinin səbəb olduğu bildirilib.
New Mexico ştatının Santa Fe şəhərindəki malikanəsində həyatını itirən Cin Hekmanın yanında həyat yoldaşı Betsy Arakavanın da cəsədi tapılıb. Aparılan araşdırmalar nəticəsində Arakavanın Hakmandan təxminən bir həftə əvvəl öldüyü müəyyən edilib. Mütəxəssislər Hekmanın inkişaf etmiş Alzheimer xəstəliyi səbəbilə həyat yoldaşının ölümündən xəbərsiz ola biləcəyini qeyd ediblər.
Rəsmi hesabatda Cin Hekmanın bütün tibbi keçmişi də sənədləşdirilib. Aktyorun konjestiv ürək çatışmazlığı, şiddətli xroniki hipertoniya dəyişiklikləri və böyrək xəstəliyi olduğu təsdiqlənib. 2019-cu ildən bəri ürək pilinin köməyi ilə yaşayan Hekmanda Alzheimer xəstəliyinə uyğun nevroloji pozuntular da aşkarlanıb. Ekspertizada koronar arteriya stentləri və daha əvvəl həyata keçirilmiş aorta qapağı dəyişimi də qeyd olunub. Bundan başqa, şiddətli damar sərtliyi və hipertoniya səbəbi ilə yaranmış ürək xəstəliyi olduğu da təsbit edilib. Beyin müayinəsində Hekmanın inkişaf etmiş Alzheimer mərhələsində olduğu mikroskopik səviyyədə aşkar edilib.
Ayrıca aparılan hantavirus testi nəticəsində Hekmana bu virusun yoluxmadığı da müəyyən olunub. Beləliklə, həyat yoldaşının ölümünə səbəb olan virusun Hekmana təsir etmədiyi məlum olub.

Oxşar xəbərlər
Avropa ölkələrində elektrik kollapsı - Milyonlarla insan işıqsız qaldı
İspaniya, Portuqaliya, Fransanın bəzi bölgələri və Belçikada genişmiqyaslı elektrik enerjisi kəsintisi baş verib. Avropanın enerji sistemində yaranan ciddi nasa...