Cənubi Koreyada Trampın oğlu ilə Kim Çen Inın qızı haqqında mem viral olub
Cənubi Koreyada sosial şəbəkələrdə ABŞ prezidentinin oğlu ilə Şimali Koreya liderinin qızının evlənməsini təsvir edən mem sürətlə yayılıb.
BAKU.WS xəbər verir ki, bu barədə yerli YNA portalı məlumat yayıb.
Məlumata görə, beynəlxalq vəziyyətin gərgin olduğu, xüsusilə Yaxın Şərqdə hərbi əməliyyatların davam etdiyi bir vaxtda sosial şəbəkə istifadəçiləri dünya liderləri və siyasi hadisələrlə bağlı satirik məzmunlar paylaşırlar.
Viral olan memlərdən birində ABŞ prezidenti Donald Trampın kiçik oğlu Barron Tramp ilə Şimali Koreya lideri Kim Çen Inın qızı Kim Çju Aenin toy səhnəsi təsvir olunub.
Mem müəllifi zarafatla qeyd edib ki, belə bir evlilik baş versəydi, ABŞ və Şimali Koreya "qohum ölkələrə" çevrilər və bununla da beynəlxalq münaqişələr avtomatik olaraq sona çatar.
Oxşar xəbərlər
ABŞ bu səbəblə Şərqi Avropaya 500 hərbçi göndərəcək
ABŞ İrandakı əməliyyatının bir hissəsi olaraq Şərqi Avropaya qoşun göndərmək qərarına gəlib. BAKU.WS xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Bildi...