Cənubi Koreya Prezidenti Çinə rəsmi səfər edib
Koreya Respublikasının Prezidenti Li Cemyön Çin Xalq Respublikasına dövlət səfərinə gəlib.
BAKU.WS xəbər verir ki, səfər Çin lideri Si Cinpinin dəvəti ilə baş tutub və bu, Li Cemyönün prezident kimi Çinə ilk rəsmi səfəridir.
Yanvarın 7-dək davam edəcək səfər çərçivəsində Cənubi Koreya prezidenti Pekin və Şanxay şəhərlərində bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.
Görüşlərdə ikitərəfli iqtisadi əməkdaşlıq, regional təhlükəsizlik və Şimali Koreya məsələsi əsas müzakirə mövzuları olacaq. Səfər zamanı tərəflər arasında bir neçə əməkdaşlıq sənədinin imzalanması da nəzərdə tutulur.
Oxşar xəbərlər
Fransada etiraz aksiyaları zamanı qarşıdurmalar baş verib
Fransanın bir sıra şəhərlərində oktyabrın 17-də keçirilən etiraz aksiyaları zamanı qarşıdurmalar baş verib. Paytaxt Parisdə nümayişçilərlə hüquq-mühafizə orqanl...