Bu il Rusiyada xərçəngə qarşı peyvənd tətbiq ediləcək
Tezliklə Rusiyada kolorektal xərçəngə qarşı mübarizə aparan xəstələrə onkoloji peyvənd tətbiq ediləcək.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiyanın Federal Tibbi və Bioloji Agentliyinin (FMBA) rəhbəri Veronika Skvortsova danışıb.
O, dərmanın təşkilatın aparıcı mütəxəssisləri sayəsində hazırlandığına da aydınlıq gətirib.
"Keçən il agentliyin təşəbbüsü ilə hazırlanmış fərdiləşdirilmiş dərmanların istifadəsi haqqında qanunun qəbul edilməsi sayəsində bu ildən xəstədə kolorektal xərçəngə qarşı peyvənddən istifadə etmək mümkün olacaq", - deyə agentliyin rəhbəri "Qadınlar sağlam cəmiyyət naminə" forumunda deyib.
Oxşar xəbərlər
Qazaxıstanda ictimai binalarda qraffiti çəkmək qadağan ediləcək
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astana şəhərinin akimi Jenis Kasımbekə ictimai binaların divarlarına qraffiti çəkən şəxslərlə bağlı sərt tədbirlər gö...