Bu gün Türkiyənin Zəfər Bayramı günüdür
Avqustun 30-u Türkiyədə Zəfər bayramı və Silahlı Qüvvələr Günü qeyd olunur.
BAKU.WS xəbər verir ki, 104 il əvvəl yəni, 1922-ci ilin 26 avqustunda Mustafa Kamal Atatürkün baş komandanlığı ilə başlayan müharibənin 30 avqustda Dumlupınarda qələbə ilə nəticələnməsi bayram kimi qeyd olunur.
Bu qələbə türk xalqının milli-azadlıq mübarizəsində dönüş nöqtəsi olub - xarici qüvvələr Türkiyə ərazisindən çıxarılıb və tezliklə Cümhuriyyət elan edilib.
Dövlət bayramı münasibətilə qardaş ölkənin bütün vilayətlərində tədbirlər - yürüşlər, konsertlər, toplantılar, pilotların uçuşları təşkil olunur.
Yunan qoşunları İzmirə qədər təqib edilib, 9 sentyabr 1922-ci ildə Türk torpaqları İzmirin xilasetmə yolu ilə yunan işğalından qurtulub. İşğal qüvvələri ölkənin sərhədlərini daha sonra tərk etməsinə baxmayaraq, 30 avqust, ölkənin ərazi bütövlüyünün tam ələ keçirilməsi simvolik şəkildə təmsil edir.
İlk dəfə 1924-ci ildə Afyonda Başkomandir Zəfəri adı altında qeyd olunan 30 avqust, Türkiyədə 1926-cı ildən etibarən Qələbə Günü olaraq qeyd olunmaqdadır.
Oxşar xəbərlər
Netanyahunun oğlu təhlükəsizlik təhdidinə görə ABŞ-dən İsrailə qaytarılıb
İsrail Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahunun ABŞ-də olduğu müddətdə ciddi təhlükə ilə üzləşdiyi və bu səbəbdən ölkədən təcili çıxarıldığı açıq...