Brüs Uillisin həyat yoldaşı: "Səninlə keçirdiyim hər ana görə minnətdaram"

Brüs Uillisin həyat yoldaşı: Səninlə keçirdiyim hər ana görə minnətdaram
Foto
Dünya 272

Məşhur aktyor Brüs Uillisin həyat yoldaşı Emma Heminq təsirli paylaşımı ilə gündəmə gəlib. 

BAKU.WS xəbər verir ki, o həyat yoldaşı ilə fotolarını paylaşaraq evlilik ildönümü olduğunu vurğulayıb. 

"Bu gün 16 ildir ki, davam edən bir sevgi var. Həyatın enişli yoxuşlu yollarını paylaşdıq və zamansız bir sevgi yaratdıq. Səninlə keçirdiyim hər ana görə minnətdaram".

Bir psixoloqa gedən Heminq Brüsün xəstəliyinin xroniki və inkişaf edən ölümcül xəstəlik olduğunu deyib. 

"Müalicəsi yoxdur. Uşaqlarım bilirlər ki, ataları yaxşı olmayacaq. Mən bu xəstəliyin bütün ailəmizi məhv etməsinə icazə verməyəcəyəm. Brüs da bunu istəməzdi. Onlar görəcəklər ki, mən ailəmiz üçün mübarizə aparmışam" -deyə Heminq bildirib. 

Xatırladaq ki, Brüsə FTD kimi tanınan frontotemporal demensiya diaqnozu qoyulub.

Aktyor nə oxuya, nə də danışa bilir.

Məlumat üçün bildirək ki, 1987-2000-ci illərdə Demi Murla evli olan aktyorun Rumer, Skout və Tallulah adlı üç qızı var.

2009-cu ildə Heminqlə ailə quran aktyorun isə  Mabel və Evelin adlı iki qızı var.

Son xəbərlər