BMT: Ukraynada hər beşinci ailə aclıq çəkir
27
fev
2025
16:41
Ukraynada hər beşinci ailə aclıq problemi ilə üzləşir.
Bu barədə BMT-yə aid qurumlardan biri olan Ümumdünya Ərzaq Proqramı (ÜƏP) məlumat yayıb.
"Mövcud hesablamalara görə, hər beşinci ailə ərzaq çatışmazlığı yaşayır, bəzi şərq və cənub bölgələrində isə bu göstərici hər iki ailədən birinə qədər yüksəlir", – deyə qurumun bəyanatında bildirilir.
Xüsusilə çətin vəziyyət Xerson vilayətinin ərazisində müşahidə olunur. Orada yerli əhalinin yarıdan çoxu qida çatışmazlığından əziyyət çəkir.
Oxşar xəbərlər
Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib
Rusiya XİN rəhbəri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Bakıya gəlib. BAKU.WS x...