Avropa Komissiyasından ABŞ-yə qarşı cavab tədbirləri barədə AÇIQLAMA

Avropa Komissiyasından ABŞ-yə qarşı cavab tədbirləri barədə AÇIQLAMA
Dünya 20

Avropa İttifaqına (Aİ) üzv ölkələr ABŞ-nin Qrenlandiya ilə bağlı iddiaları fonunda birlik maraqlarını qorumaq üçün zəruri ola biləcək heç bir cavab tədbirindən imtina etməməlidirlər.

BAKU.WS xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) rəqabət məsələləri üzrə vitse-prezidenti Teresa Ribera "Financial Times" nəşrinə açıqlamasında bildirib.

"Avropa İttifaqı öz maraqlarını qorumaq üçün lazım ola biləcək heç bir addımdan imtina etməməlidir. Aİ-nin mümkün tədbirlərdən ibarət bir "menyusu" var", - deyə avropalı rəsmi vurğulayıb.

Ribera hansı konkret cavab tədbirlərindən söhbət getdiyini açıqlamayıb. O, tərəflərin gərginliyin azaldılmasına çalışmalı olduqlarını qeyd etsə də, Brüsselin zərurət yaranacağı təqdirdə əlavə addımlar atmağa hazır olmalı olduğunu bildirib.

Qeyd edək ki, 17 yanvar tarixində ABŞ prezidenti Donald Tramp Qrenlandiya ətrafında yaranmış vəziyyətlə əlaqədar bir sıra Avropa ölkələrinə qarşı rüsumların tətbiq ediləcəyini elan edib. Sözügedən tədbirlər Danimarka, İsveç, Fransa, Almaniya, Niderland və Finlandiya, eləcə də Aİ-yə üzv olmayan Böyük Britaniya və Norveçə şamil olunacaq.

Məlumata görə, rüsumların həcmi 10 faiz təşkil edəcək və bu qərar 1 fevral 2026-cı ildən qüvvəyə minəcək. ABŞ lideri, eyni zamanda, bu rüsumların 1 iyun tarixindən etibarən 25 faizə qədər artırıla biləcəyi ilə hədələyib.

Son xəbərlər