Apple-dan inqilabi YENİLİK - Yeni "iPhone"lar qatlana biləcək
Apple 2026-cı ildə qatlana bilən telefon olacaq yeni iPhone modelini təqdim edəcək.
BAKU.WS xəbər verir ki, bu barədə "MacRumors" məıumat yayıb.
Bildirilib ki, bu, real hadisə olacaq və bu cür qadcetlərin yuvasında inqilab yaradacaq.
İnsayder Ross Young, qatlana bilən cihazlar bazarının 2026-cı ildə 30%-dən çox, 2027 və 2028-ci illərdə isə daha 20% artım olacağını gözləyir.
Apple-ın flaqman smartfonlar bazarında dominant mövqeyi potensial olaraq 2026-cı ildə qatlana bilən qurğular bazarında əhəmiyyətli artıma gətirib çıxara bilər və nəticədə qatlana bilən qadcetlər üçün rekord ilinə səbəb ola bilər.
Qatlana bilən iPhone haqqında şayiələr uzun müddətdir ki, gəzir, lakin Apple cihazla bağlı planlarını təsdiqləməyib, lakin bu, zaman məsələsidir.
Oxşar xəbərlər
Hindistan Rusiyadan atom sualtı qayığını icarəyə götürəcək
Hindistan Rusiyadan 10 il müddətinə sualtı atom zərbə qayığını icarəyə götürəcək. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, tərəflər arasında sövdələşmənin dəy...