Antalyada əhali çimərliyə axın etdi - istilik artdı

Antalyada əhali çimərliyə axın etdi - istilik artdı
Foto
Dünya 240

Antalyada temperaturun 20 dərəcəyə yüksəlməsindən istifadə edən yerli və xarici turistlər Konyaaltı çimərliyinə axın edib. Kimisi sahildə idman və gəzinti edərkən, kimisi dəniz, günəş və qumun dadını çıxarıb.

BAKU.WS xəbər verir ki, bu barədə haber global məlumat yayıb.

Havanın 20, dəniz suyunun isə 18 dərəcə olduğu şəhərdə rütubət 56 faiz qeydə alınıb. Mart ayı ilə birlikdə yüksələn temperaturdan istifadə edən sakinlər və turistlər çimərlikdə xoş zaman keçirib.

Yay mövsümünü xatırladan sahildə bəzi insanlar idman edərkən, digərləri isə Aralıq dənizinin sərin sularında çimib. Ailələri ilə birlikdə çimərlik ərazisinə gələnlər yaşıllıq zonalarda istirahət edib. Həftəiçi olmasına baxmayaraq, çimərlikdə sıxlıq müşahidə edilib.

Meteorologiyanın 5 günlük hava proqnozuna görə, qarşıdakı günlərdə temperaturun daha da artacağı gözlənilir.

Oxşar xəbərlər

Donald Trampın Qəzza üçün 20 maddəli sülh planı AÇIQLANDI

Donald Trampın Qəzza üçün 20 maddəli sülh planı AÇIQLANDI

Ağ Ev ABŞ Prezidenti Donald Trampın Qəzza bölgəsində davam edən qarşıdurmanı dayandırmaq məqsədilə hazırladığı 20 maddəli tamformatlı sülh planını ictimaiyyətə...

57 Dünya 23:04 29 sentyabr 2025

Son xəbərlər