ABŞ yüz minlərlə miqrantdan ölkəni tərk etməyi tələb etdi

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (DHS) Kuba, Haiti, Nikaraqua və Venesueladan olan yüz minlərlə miqranta ölkəni tərk etmələri üçün bildiriş göndərib. Onların müvəqqəti yaşamaq və işləmək icazələri ləğv edilib.
BAKU.WS xəbər verir ki, nazirlikdən verilən açıqlamaya görə, bu şəxslərə elektron poçt vasitəsilə xəbərdarlıq olunmağa başlanılıb.
Bildirilib ki, könüllü şəkildə ölkədən çıxanlara səyahət xərcləri üçün dəstək veriləcək və vətənlərinə çatdıqda onlara 1000 dollar təklif ediləcək.
Sözügedən müvəqqəti status ABŞ-də 2022-ci ildən etibarən qüvvədə idi və bu müddətdə həmin ölkələrdən olan 532 min nəfərə ABŞ-də yaşamaq və işləmək hüququ verilmişdi.
Lakin bu il mayın 30-da ABŞ Ali Məhkəməsi Tramp administrasiyasının həmin proqramı ləğv edə biləcəyinə qərar verib. Bununla da, yüz minlərlə insanın qanuni statusu ləğv olunub və onların ölkəni tərk etmələri tələb olunur.
Oxşar xəbərlər
Britaniyada uşaq cinsi istismarı üzrə cinayətkara 27 il həbs verildi
Britaniyada 13 yaşında saxta şəxsiyyət yaradaraq məktəblilərin "etimad"ını qazanmış bir şəxs 27 il həbs cəzasına məhkum edilib. Cinayətkar əvvəllər 130 maddə üz...
