ABŞ-yə yüz milyardlarla dollar qazandırmışam - Tramp

ABŞ-yə yüz milyardlarla dollar qazandırmışam - Tramp
Dünya 30

ABŞ Prezidenti Donald Tramp maliyyə gəlirləri ilə bağlı tənqidlərə cavab verib.

BAKU.WS xəbər verir ki, Tramp qazancının şəxsi maraqları üçün deyil, ABŞ-nin xeyrinə olduğunu bildirib.

O, sosial şəbəkədə yazıb ki, səhmlər və digər aktivlər vasitəsilə ölkə üçün yüz milyardlarla dollar qazandırıb.

Tramp Demokratlar Partiyasının bu məsələ ilə bağlı tənqidlərini ədalətsiz adlandırıb.

Qeyd edək ki, daha əvvəl aparılan jurnalist araşdırmalarında Trampın bir sıra şirkətlərin səhmləri və kriptovalyuta layihələri ilə bağlı fəaliyyəti diqqətə səbəb olub. Onun gömrük rüsumları tətbiq etdikdən sonra ucuzlaşan bəzi iri texnologiya şirkətlərinin səhmlərini alması da müzakirə edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər