ABŞ və Hindistan 10 illik müdafiə sazişi imzalamağa hazırlaşır

ABŞ və Hindistan 10 illik müdafiə sazişi imzalamağa hazırlaşır
Dünya 97

2025-ci ildə ABŞ və Hindistan yeni onillik müdafiə əməkdaşlığı proqramını imzalamağı planlaşdırır.

BAKU.WS xəbər verir ki, bu barədə Hindistanın baş naziri Narendra Modinin ABŞ-yə səfərinin yekunlarına dair tərəflərin birgə bəyanatında bildirilib.

"Müdafiə əlaqələrini daha da inkişaf etdirmək məqsədilə liderlər bu il ABŞ və Hindistan arasında 21-ci əsrə aid yeni onillik çərçivə müdafiə tərəfdaşlığı proqramının imzalanması planlarını elan etdilər", - deyə bəyanatda vurğulanıb.

Bundan əlavə, Hindistan Hərbi Hava Qüvvələri üçün ABŞ-nin beşinci nəsil F-35 qırıcılarının tədarükü məsələsi də müzakirə mərhələsindədir. Hindistanın xarici işlər nazirinin birinci müavini Vikram Misrinin sözlərinə görə, bu cür platformaların alınmasını tənzimləyən prosedurlar mövcuddur.

Diplomat əlavə edib ki, Hindistan hələ ABŞ-dən yüksək texnologiyalı aviasiya platformalarının alınmasına dair rəsmi addım atmayıb.

"Hazırda bu, yalnız təklif səviyyəsindədir. Düşünmürəm ki, rəsmi satınalma prosesi artıq başlanıb", - deyə Misri bildirib.

Oxşar xəbərlər

Hollivudu yasa boğan FACİƏ: Venn Alton Devis həyatını itirib

Hollivudu yasa boğan FACİƏ: Venn Alton Devis həyatını itirib

"The Marvelous Mrs. Maisel" serialındakı rolu ilə tanınan amerikalı aktrisa Venn Alton Devis Nyu-Yorkun Manhattan bölgəsində baş verən bədbəxt hadisə nəticəsind...

100 Dünya 23:59 12 dekabr 2025

Son xəbərlər