ABŞ SEPAH mövqelərini vurdu, İran MQ-9-u hədəfə aldı
Hörmüz boğazında gərginlik yeni mərhələyə keçib. ABŞ Silahlı Qüvvələri SEPAH-ın dəniz minaları yerləşdirməyə hazırlaşdığını bildirərək İranın Larak adasındakı raket qurğularına zərbələr endirib.
BAKU.WS xəbər verir ki, ardınca İran qüvvələri ABŞ-yə məxsus MQ-9 pilotsuz uçuş aparatını hədəfə alaraq onu vurduğunu açıqlayıb.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) SEPAH-ın ABŞ zərbələrini "təcavüz aktı" kimi qiymətləndirməsini rədd edib. Komandanlığın açıqlamasına görə, ABŞ hərbçiləri Hörmüz boğazında birbaşa təhlükə yaratdığı iddia edilən SEPAH bölmələrinə "məhdud və nöqtəvi zərbə" endirib.
Vaşinqtonun versiyasına əsasən, SEPAH Hörmüz boğazında dəniz minaları yerləşdirmək üçün istifadə edilə biləcək raket sistemlərini döyüşə hazırlayırdı. Bu səbəbdən ABŞ qüvvələri Larak adasında yerləşən iki raket qurğusunu hədəfə alıb.
CENTCOM hesab edir ki, zərbənin əsas məqsədi mülki dənizçiləri, ticarət gəmilərini və qlobal dəniz ticarətinin sərbəst hərəkətini qorumaq olub.
Lakin ABŞ-ın zərbələri cavabsız qalmayıb. İranın bildirdiyinə görə, ABŞ qüvvələrinin Larak adasına hücumundan sonra İran tərəfindən İordaniyadakı ABŞ hərbi obyektlərinə raket zərbələri endirilib. ABŞ tərəfi raketlərin böyük hissəsinin ələ keçirildiyini açıqlayıb.
Bununla yanaşı, qarşıdurmanın daha bir epizodu Hörmüz boğazının üzərində baş verib. SEPAH ABŞ-yə məxsus MQ-9 "Reaper" pilotsuz uçuş aparatının hədəfə alındığını və vurularaq Fars körfəzinə düşdüyünü bildirib.
Oxşar xəbərlər
Nepalda daşqında ölənlərin sayı 900-ü ötdü
Nepal və Çinin sərhəd bölgələrində baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 900-ü ötüb. BAKU.WS xəbər verir ki, xəbər verir ki, bu barədə Nepalın Fə...