ABŞ ordusu bu gecə İrana zərbələr endirib

ABŞ ordusu bu gecə İrana zərbələr endirib
Foto Video
Dünya 27

ABŞ ilə İran arasında gərginlik yenidən hərbi mərhələyə keçib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında üç kommersiya gəmisinə edilən hücumlara cavab olaraq İran ərazisinə silsilə zərbələr endirməyə başladığını açıqlayıb.

BAKU.WS xəbər verir ki, CENTCOM-un məlumatına görə, əməliyyat İranın beynəlxalq gəmiçiliyə qarşı həyata keçirdiyi hücumlara cavab xarakteri daşıyır. ABŞ tərəfi Tehranın hərəkətlərini əsassız, təhlükəli və atəşkəs rejiminin pozulması kimi qiymətləndirib.

Amerika mediasının yaydığı məlumata əsasən, zərbələr əsasən İranın hava hücumundan müdafiə sistemləri, sahil müşahidə məntəqələri, gəmiəleyhinə raket və pilotsuz uçuş aparatlarının buraxılış mövqeləri, eləcə də bəzi liman obyektlərini hədəf alıb. Əməliyyata ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələri və Hərbi Dəniz Qüvvələrinin taktiki aviasiyası cəlb olunub. Məlumatlarda əməliyyatın bir neçə saat davam edə biləcəyi də qeyd olunur.

Hərbi əməliyyat fonunda Vaşinqton İrana qarşı iqtisadi təzyiqi də artırıb. ABŞ Maliyyə Nazirliyi İranın neft sektoruna tətbiq edilən sanksiyaların bir hissəsini müvəqqəti yumşaldan lisenziyanı ləğv edib.

İran Xarici İşlər Nazirliyi isə bu qərarı sərt tənqid edərək, onun İslamabad Memorandumunun müddəalarına zidd olduğunu bəyan edib. Rəsmi Tehran ABŞ-ni öhdəliklərini pozmaqda ittiham edib və milli maraqlarını qorumaq üçün zəruri hesab etdiyi bütün addımları atacağını bildirib.

ABŞ ordusu bu gecə İrana zərbələr endirib

Bununla yanaşı, Vaşinqton hərbi əməliyyatlara baxmayaraq diplomatik kanalları tam bağlamadığını da nümayiş etdirib. ABŞ administrasiyasındakı mənbələrin bildirdiyinə görə, Birləşmiş Ştatlar yekun razılaşmanın əldə olunması məqsədilə İranla danışıqları davam etdirməyə hazırdır.

ABŞ ordusu bu gecə İrana zərbələr endirib

Qeyd edək ki, gərginliyin artmasına səbəb Hörmüz boğazında üç kommersiya tankerinə edilən hücumlar olub. Səudiyyə Ərəbistanı və Qətər İranı hücumlarda ittiham edərək hadisəni beynəlxalq hüququn pozulması kimi qiymətləndiriblər. İran isə öz növbəsində iddia edib ki, hədəfə alınan gəmilərdən biri ABŞ Hərbi Dəniz Qüvvələrinin müşayiəti ilə boğazdan keçməyə cəhd göstərib və xəbərdarlıqlara əməl etmədiyi üçün vurulub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər