ABŞ-nin İrana qarşı neft sanksiyalarının qismən ləğv olunması - Nə baş verir?
ABŞ Maliyyə Nazirliyi İran neft tankerlərinə tətbiq etdiyi bəzi sanksiyaları müvəqqəti olaraq dayandırıb. Bununla da əvvəllər sanksiyalara görə dənizdə qalmış İran nefti sərbəst buraxıla bilər.
BAKU.WS "Əl-Cəzirə"yə istinadən xər verir ki, bu addım, artan dünya neft qiymətlərini salmaq və enerji təchizatındakı təzyiqləri yüngülləşdirmək məqsədi daşıyır.
Qeyd olunub ki, ABŞ 2019-cu ildə Donald Tramp administrasiyası dövründə İrandan neft idxalatına qarşı sərt sanksiyalar tətbiq edib. Bu, Donald Trampın 2018-ci ildə İran nüvə məsələsində əldə olunmuş sazişdən çıxmasından sonra tətbiq olunan geniş maliyyə və ticarət məhdudiyyətlərinin bir hissəsi olub. Bu sanksiyalar nəticəsində İranın neft ixracı ciddi şəkildə azalıb və ölkə iqtisadiyyatına böyük zərbə vurub.
İran dünyanın ən ağır sanksiyalara məruz qalan ölkələrindən biridir, lakin neft sənayesinə tətbiq olunan məhdudiyyətlər iqtisadi təsirləri daha dərin edib və ölkənin valyuta gəlirlərini kəskin aşağı salıb.
Tramp administrasiyası son qərarla, dənizdə artıq yüklənmiş və sanksiyalar səbəbindən "sübhə altında qalmış" təqribən 140 milyon barrel İran neftinin satılmasına icazə verib. Bu neft yalnız əvvəlcədən tankerlərə yüklənmiş neftdir və yeni hasil olunan məhsulu əhatə etmir.
Bu müvəqqəti icazə yalnız 30 gün müddətinə verilib və nefti artıq yüklənmiş tankerlərdəki nefti bazara çıxarmağa imkan verir, lakin İranın bu satışdan əldə edəcəyi gəlirin necə istifadə olunacağı hələ aydın deyil.
ABŞ hələ də İranın maliyyə sisteminə və bank sektoruna qarşı daha geniş sanksiyaları saxlayır, bu da İranın bu əməliyyatdan əhəmiyyətli gəlir əldə etməsini çətinləşdirə bilər.
Eyni zamanda, Trump administrasiyası başqa enerji təchizatı tədbirləri də həyata keçirir, məsələn Rusiya neftinə tətbiq olunan sanksiyalardan müvəqqəti güzəştlər və ABŞ daxili neft hasilatının ehtiyatlarından istifadə kimi addımlar.
Bu addım beynəlxalq bazarlarda neft qiymətlərindəki kəskin artışın qarşısını almağa çalışır və qlobal enerji təchizatı üçün qısamüddətli bir rahatlama məqsədi daşıyır.
Oxşar xəbərlər
İran 3800 kilometr məsafədə yerləşən ABŞ-Britaniya bazasına ballistik raketlər atıb
İran Hind okeanında yerləşən Dieqo-Qarsiya adasındakı Böyük Britaniya və ABŞ-nin birgə hərbi obyektinə zərbə endirməyə cəhd edib. BAKU.WS xəbər verir ki, bu bar...