ABŞ Kubanı yenidən "terrorizmə dəstək verən ölkələr" siyahısına daxil etdi
ABŞ Prezidenti Donald Tramp prezidentlik səlahiyyətlərinin ilk günündə çoxsaylı fərmanlara imza ataraq Cozef Bayden administrasiyası dövründə verilmiş qərarı ləğv edib. Bu qərarla Kuba yenidən "terrorizmə dəstək verən ölkələr" siyahısına daxil edilib.
BAKU.WS xəbər verir ki, Ağ Evin yaydığı açıqlamaya əsasən, Trampın imzaladığı fərmanlar arasında Bayden dövründə qəbul edilmiş 78 fərmanın ləğvi yer alıb.
Bu qərarın ardınca Kuba Prezidenti Migel Diaz-Kanel "X" platformasında paylaşım edərək Trampın addımına sərt reaksiya göstərib. Diaz-Kanel bu addımı "alay və istismar" kimi qiymətləndirib və ABŞ hökumətinin birtərəfli təzyiq mexanizmlərinin etibarsızlığını vurğulayıb.
Qeyd edək ki, Ağ Ev 14 yanvarda yaydığı açıqlamada Kubanın "terrorizmə dəstək verən ölkələr" siyahısından çıxarılacağını bildirmişdi. Bu qərardan sonra Kubada müxtəlif cinayətlərə görə həbs olunmuş məhkumların mərhələli şəkildə azad edilməsinə başlanıldığı elan edilmişdi.
Xatırladaq ki, keçmiş ABŞ Prezidenti Barak Obama 29 may 2015-ci ildə Kubanı bu siyahıdan çıxarmışdı. Lakin Tramp administrasiyası 2021-ci ilin yanvarında, prezidentlik dövrünün son həftələrində Kubanı yenidən bu siyahıya daxil etmişdi.
Hazırda siyahıda Kuba ilə yanaşı Şimali Koreya, İran və Suriya da yer alır.
Oxşar xəbərlər
Mahsun Kırmızıgül yanan Kartalkaya turizm mərkəzində istirahət edirmiş
Məşhur müğənni Mahsun Kırmızıgül həyatının şokunu yaşayıb. BAKU.WS xəbər verir ki, 8 yaşlı qızı Laivinlə istirahətə gedən sənətçinin qaldığı otelin yanındakı b...