ABŞ İranın hərbi hədəflərinə zərbə endirib
ABŞ Silahlı Qüvvələri sentyabrın 1-də İranın hərbi obyektlərinə və Hörmüz boğazı ətrafındakı dəniz infrastrukturuna genişmiqyaslı zərbələr endirib.
BAKU.WS xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, hücumlarda İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus hava hücumundan müdafiə sistemləri, radarlar, rabitə qurğuları, dəniz vasitələri və digər hərbi obyektlər hədəfə alınıb.
Zərbələrin SEPAH-ın Hörmüz boğazında ticarət gəmilərinə və bölgədəki ABŞ hərbçilərinə qarşı hücum cəhdlərindən sonra həyata keçirildiyi bildirilib.
İranın Xuzistan əyalətinin qubernator müavini Vəlialla Hayati Əhvaz şəhəri yaxınlığında da raket zərbəsinin endirildiyini açıqlayıb. İran mediası isə Qeşm adası və ölkənin cənub sahilləri də daxil olmaqla bir sıra ərazilərdə partlayışların baş verdiyini xəbər verib.
İran mənbələri Sirik şəhərində yaşayış məntəqəsinə endirilən zərbə nəticəsində 50 nəfərin yaralandığını, toy mərasiminin keçirildiyi obyektə hücum zamanı isə iki nəfərin öldüyünü iddia edib.
ABŞ administrasiyasına yaxın mənbələr həmçinin iki İran tankerinin vurulduğunu və SEPAH-a məxsus 100-dən çox obyektin hədəfə alındığını bildiriblər. Məlumata görə, bu, Vaşinqtonun İranın Hörmüz boğazındakı fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş yeni "tankerə tanker" taktikasının ilk mərhələsidir.
ABŞ mənbələri hesab edir ki, zərbələr Hörmüz boğazında ticarət gəmilərinə təhlükəni ən azı bir ay azalda bilər.
Oxşar xəbərlər
100 il ərzində su altında qala biləcək şəhərlər açıqlanıb – Türkiyədən 2 şəhər ilk 10-luqda
Alimlərin apardığı araşdırmada qlobal istiləşmə və dəniz səviyyəsinin yüksəlməsi səbəbilə qarşıdakı 100 il ərzində su altında qalma riski ilə üzləşə biləcək 37...