ABŞ-də Baydenin vida çıxışı tənqid olunub
Amerika siyasətçiləri, jurnalistlər və ictimai xadimlər bu həftə səlahiyyət müddəti başa çatan prezident Co Baydenin vida çıxışını kəskin tənqid ediblər.
BAKU.WS xəbər verir ki, bu barədə Fox News telekanalı məlumat yayıb.
Konqresmen Darrell Issa sosial şəbəkədə yazıb:
"Co Bayden postunu elə gəldiyi kimi tərk edir: xırdaçı, tərəfkeş və düzünü deməyən biri kimi."
Senator Markveyn Mallin isə qeyd edib ki, Baydenin iqlim dəyişiklikləri ilə bağlı təşəbbüsləri ABŞ-nin sərhəd təhlükəsizliyi, xərclərin azaldılması və "güc vasitəsilə sülh" konsepsiyası kimi real prioritetlərdən üstün tutması ciddi problem idi.
Demokratlar Partiyasının keçmiş müşaviri Den Terrentein çıxışı "çox tutqun" adlandırıb.
Fox News şərhçisi Qreq Qutfeld isə Baydenin çıxışını "utancverici və acınacaqlı son" kimi xarakterizə edib. Radio aparıcısı Kley Travis isə onun ikinci dəfə prezidentliyə namizədliyinin irəli sürülməsini "ağılsız və əsasız qərar" adlandırıb.
82 yaşlı Co Bayden ABŞ-nin 46-cı prezidentidir (Demokratlar Partiyasını təmsil edir) və 20 yanvar 2021-ci ildən bu vəzifəni icra edib. O, 2009-2017-ci illərdə Barak Obamanın vitse-prezidenti olub, 1973-2009-cu illərdə isə Delaver ştatını Senatda təmsil edib.
Baydenin prezidentlik müddəti 20 yanvarda başa çatacaq. Həmin gün yeni seçilmiş prezident Donald Trampın inauqurasiya mərasimi keçiriləcək. Bayden prezident vəzifəsində dörd il işlədikdən sonra səlahiyyətlərini başa vurur.
Oxşar xəbərlər
Hərbi xidmət yaşının endirilməsi ilə bağlı tapşırıq verildi
Azərbaycanda hərbi xidmətə çağırış və müddətli həqiqi hərbi xidmət keçməyə son yaş həddinin endirilməsinin tətbiqi üçün hazırlanan mexanizmlər Nazirlər Kabineti...