ABŞ-də atom elektrik stansiyasının üzərində UNO görünüb

ABŞ-nin Minneapolisdə şəhərində polis əməkdaşları "Prairie Island" adlı atom elektrik stansiyasının üzərində altı parlaq halqadan ibarət naməlum hava hadisəsini qeydə alıblar.
BAKU.WS xəbər verir ki, bu barədə Daily Mail yazıb.
Məmurlar obyektin təxminən 10 000 fut (təqribən 3 min metr) hündürlükdə havada asılı vəziyyətdə olduğunu, həm yavaş, həm də hipersəs sürəti ilə hərəkət etdiyini və heç bir səs çıxarmadan qalxma qüvvəsi yaratdığını qeyd ediblər.
Nəşrin məlumatına görə, uçan naməlum obyekt (UNO) "Prairie Island" AES-in üzərində müşahidə olunub və az qala helikopterlə toqquşub. Adının açıqlanmasını istəməyən şahidlər həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş pilotu Rayan Qreyvsin rəhbərlik etdiyi "Americans for Safe Aerospace" adlı qeyri-kommersiya təşkilatına məlumat veriblər. Onlar bildiriblər ki, qəribə obyektləri avtomobil dayanacağından durbinlə müşahidə ediblər.
Lakin nəşrin danışdığı mütəxəssislər şahidlərin və polis əməkdaşlarının həqiqətən də UNO gördüklərinə şübhə ilə yanaşıblar. Onlar şahidlərin çəkdiyi videonu təhlil edərək bildiriblər ki, səmada görünən obyekt böyük ehtimalla Beynəlxalq Kosmik Stansiya (BKS) olub.
"BKS son günlər bu bölgənin üzərindən keçirdi və çox parlaq görünürdü. Videoda gördüyümüz bu ola bilər, amma daha çox detallara ehtiyacımız var", – Enigma Labs-ın məsləhətçisi Alehandro Roxas bildirib.
O həmçinin qeyd edib ki, uzaqda görünən kiçik işıq nöqtəsi atmosferin təsiri ilə rəngli kimi görünə bilər, amma əslində belə deyil. Buna görə də şahidlər obyektin ətrafında rəngli halqalar gördüklərini düşünərək səhv edə bilərlər.
Oxşar xəbərlər
Kıvanç Tatlıtuğun bacısı Melisa Dilara Tatlıtuğ həbs edilib
Ekranların sevilən siması Kıvanç Tatlıtuğ ailəsi ilə gündəmə gəlib. BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun bacısı həbs olunub. Belə ki,...
