ABŞ Avropadakı qoşunlarının sayını azaldacaq?

ABŞ Avropadakı qoşunlarının sayını azaldacaq?
Dünya 16

Ağ Ev rəhbəri Donald Trampın administrasiyası Avropadakı Amerika hərbi kontingentinin genişmiqyaslı şəkildə azaldılmasının planlaşdırılmadığını bəyan edib.

BAKU.WS xəbər verir ki, bu barədə "Politico" nəşri yeddi Avropa ölkəsindəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Avropa ölkələrində Trampın müttəfiqləri müdafiə xərclərini artırmağa təşviq etmək və hərbi resursları Qərb yarımkürəsinə yönəltmək məqsədilə on minlərlə hərbçini geri çağıracağı ilə bağlı narahatlıq var idi. Lakin Vaşinqton bu planları təkzib edərək, Avropadan qoşunların çıxarılmasının məhdud xarakter daşıyacağını vurğulayıb. ABŞ-nin bu mövqeyi Pentaqon və NATO rəsmiləri tərəfindən də təsdiqlənib.

ABŞ-nin Avropadakı hərbi mövcudluğunu azaltmaq istəyi ilə bağlı ilk söz-söhbətlər ötən ilin fevralında yayılmağa başlamışdı. Həmin vaxt NATO-nun Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Draqone belə bir ehtimalı mümkün saymışdı. Onun fikrincə, Avropada yerləşdirilmiş 100 minə yaxın amerikalı hərbçinin bir hissəsinin geri çəkilməsi ABŞ-nin Sakit okean regionunda daşıdığı müəyyən öhdəliklərlə əlaqədar gündəmə gələ bilər. Draqone Avropa hərbi strukturlarını yaranacaq müdafiə boşluğunu doldurmağa hazır olmağa çağırmışdı.

Son xəbərlər