SİZİN REKLAM BURADA!
055 213 76 73


Vaxtilə Azərbaycan komandalarında iştirak edən idmançılar cəbhədə gedən döyüşlərlə bağlı Azərbaycana öz dəstəyini göstərməkdədirlər.

BAKU.WS xəbər verir ki, onlardan biri də “Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiçdir. O, Azərbaycan ordusuna dəstək məqsədilə “İnstagram” hesabında Azərbaycan bayrağının fotosunu paylaşıb:

“Dualarım sizinlədir, əziz dostlarım. Qarabağ Azərbaycandır!”

Qeyd edək ki, Şehiç hazırda Türkiyənin “Konyaspor” futbol klubunun qapıçısıdır.

BAKU.WS