SİZİN REKLAM BURADA!
055 213 76 73


“Tbilisi teleqülləsi ümid, dəstək və həmrəylik mesajı olaraq COVID-19 pandemiyasından zərbə almış Azərbaycanın bayrağının rəngləri ilə işıqlandırılıb. Biz hamımız eyni gəmidəyik. Biz birlikdə qalib gələcəyik”.

BAKU.WS-in məlumatına görə, bunu Gürcüstan Xarici İşlər naziri David Zalkaliani Tbilisi teleqülləsinin Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılması ilə əlaqədar "Twitter" hesabında paylaşımında qeyd edib.

O, ölkəsinin koronavirusla mübarizədə Azərbaycanla həmrəy olduğunu qeyd edib.

Azərbaycan XİN isə Tbilisiyə həmrəylik mesajına görə təşəkkür edib. Nazirliyin “Twitter” hesabında yerləşdirilən paylaşımda həmrəylik mesajına görə Gürcüstana təşəkkür edilib.“Tbilisidə televiziya qülləsini Azərbaycan bayrağının rəngləri ilə işıqlandıraraq Gürcüstan Azərbaycanla həmrəylik nümayiş etdirib. Təşəkkür edirik, dost Gürcüstan”, - deyə paylaşımda qeyd edilib.

BAKU.WS
QALEREYA