SİZİN REKLAM BURADA!
055 213 76 73


Roma Papası Fransisk hesab edir ki, sevdiyi şəxslə cinsi əlaqədə olmaq və xoşladığın yeməkləri yemək ilahi ləzzətlər sayılır.

BAKU.WS xəbər verir ki, bu barədə RTE telekanalı Papanın bəyanatlarının yayımlandığı "TerraFutura" kitabına istinadən məlumat yayıb.

"Zövq birbaşa Tanrıdan gəlir. O nə katolikdir, nə xristiandır, nə də başqa bir şey, sadəcə ilahidir", - deyə kitabda qeyd olunur.

Pontifikə görə, kilsə həmişə qeyri-insani, kobud və ədəbsiz zövqü qınasa da, əvəzində sadə, insani və əxlaqi zövqləri təqdir edib.

Roma Katolik Kilsəsinin rəhbərinin fikrincə, hissləri inkar edən əxlaq xristianlığın mesajı ola bilməz. Cinsi ləzzət sevgiyə gözəllik bəxş edir və nəslin artmasına zəmanət verir, yeməkdən alınan zövq isə insan sağlamlığına xidmət edir.

BAKU.WS