Dünyada COVID-19-dan ölənlərin sayı 737 mini keçdi

12
avq
2020
23:39
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya üzrə koronavirus infeksiyasına yoluxanların sayının 20 milyonu, ölənlərin sayının isə 737 min nəfər ötdüyünü elan edib.
BAKU.WS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Məlumata görə, son 24 saat ərzində dünyada koronavirusa 214 985 yoluxma qeydə alınıb, 4 835 nəfər həyatını itirib. Bununla da dünyada koronavirusa yoluxanların sayı 20 162 474 nəfərə çatıb. Pandemiya qurbanlarının ümumi sayı 737 417 nəfər təşkil edir.
Oxşar xəbərlər
Dünyada COVID-19-a rekord sayda yoluxma qeydə alınıb - VİDEO
Türkiyədə son sutkada 996 nəfər koronavirusa yoluxub, 19 nəfər isə dünyasını dəyişib. BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naz...
