İspaniyada 30 minlik şəhər təcrid edildi

06
avq
2020
22:14
İspaniyanın şimalındakı Kastiliya-i-Araqon əyalətinin rəhbərliyi 32 min əhalisi olan Aranda-de-Duero şəhərini təcrid etmək qərarı verib.
BAKU.WS-in məlumatına görə, buna səbəb şəhərdə və ətraf bölgələrdə koronavirusa yoluxma sayının artması olub.
Yeni qərara əsasən, şəhərə giriş-çıxış məhdudlaşdırılır, bundan başqa, kafe və restoranların iş saatları azaldılır. Şəhərdə 10 nəfərdən çox qruplarda toplaşmaq qadağan edilir.
Eyni zamanda, Basklar Ölkəsi regionunun rəhbərliyi də yoluxma sayının artmaqda olduğunu və regionun “ikinci dalğa” ilə üzləşdiyini bildirib.
Oxşar xəbərlər
"Karantin yumşaldılandan sonra ikinci dalğanı görə bilərik" - XƏBƏRDARLIQ
Dünyanın və Avropanın bir çox ölkələrində karantin rejimi yumşaldıldı və nəticədə yoluxma sayı artdı. Bunu ikinci dalğa kimi qiymətləndirirlər. BAKU.WS xəbər ve...
