SİZİN REKLAM BURADA!
055 213 76 73


Venesuela Mərkəzi Bankı 2018-ci ildən etibarən İngiltərə Mərkəzi Bankına verdiyi 31 ton qızılın bir hissəsinin satılması üçün müraciət edib.

BAKU.WS DHA-ya istinadən xəbər verir ki, İngiltərə Mərkəzi Bankı isə bu müraciəti müsbət cavablandırmayıb və satışı təxirə salıb.

Venesuela Mərkəzi Bankı isə bu qərara görə məhkəməyə müraciət edib.

Qeyd edək ki, Venesuela hökuməti həmin qızıllarının bir hissəsini sataraq koronavirusla mübarizə üçün çəkilən xərclərə ayırmaq niyyətindədir. Venesuelanın İngiltərədəki qızıllarının ümumi dəyərinin isə 1 milyard dollar olduğu bildirilir.

BAKU.WS