SİZİN REKLAM BURADA!
055 213 76 73


İranda ötən sutka ərzində daha 51 nəfər koronavirusdan (COVID-19) ölüb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib.

K.Cahanpurun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 6 640 nəfərə yüksəlib.

Nazirlik rəsmisi əlavə edib ki, ötən 24 saat ərzində daha 1 383 nəfərin koronavirusa yoluxması ilə yoluxanların sayı 107 603 nəfərə çatıb.

Onlardan 2 675 nəfərin vəziyyəti ağırdır.

Cahanpur indiyədək 86 143 nəfərin koronavirusdan sağaldığını deyib.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 586 mindən çox test həyata keçirilib.

BAKU.WS