SİZİN REKLAM BURADA!
055 213 76 73


Çindən dünyaya yayılan koronavirusun fərqli mutasiya dövrü keçdiyi məlum olub.

BAKU.WS “tv100.com”a istinadən xəbər verir ki, Uhan şəhərində tapılan koronavirusla bağlı yeni araşdırma aparılıb.

Çində Zhejiang Universitetinin alimləri tərəfindən aparılan araşdırma zamanı virusun 30 fərqli növünün yarandığı məlum olub.

Alimlərin fikrincə bu növlərdən bir neçəsi son dərəcə təhlükəlidir və onlar ölümə səbəb olur. Avropa və Zhejiang bölgəsində ölümlərə yol açan virusun məhz bu tiplərdən olduğu məlum olub.

Ən yüngün və insan üçün zərərsiz növləri isə ABŞ-ın Vaşinqton əyalətində yayılıb.

Alimlər virusun ötən il heyvanlardan insana keçməsindən sonra dəfələrlə mutasiyaya uğradığını bildiriblər. Mütəxəssislər həmçinin qeyd ediblər ki, virusun mutasiyaya uğraması orqanizmin immun sistemi ilə də əlaqəlidir.

Alimlərin daha bir araşdırması isə insanları bir az da ehtiyatlı olmağa vadar edir. Araşdırmalara görə, koronavirusun ən təhlükəli və ölümcül mutasiyası digər növlərə nisbətən 270 qat daha çox yayılır və çoxala bilir.

Çinli alimlərin bu araşdırmaları koronavirusun müalicəsi və peyvəndi üçün vacib bir tapıntıdır. Vaksinin virusun mutasiyasına görə istehsal edilməsi və ya xəstənin müalicə üsulunun təyin edilməsi lazım olduğu bildirildi.

BAKU.WS