SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-da yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 500 mini keçib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da ötən sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 2,1 mindən artıq insan ölüb.

Bununla bağlı məlumatlar federal və yerli hakimiyyətin informasiyası əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin saytında yer alıb. Bildirilir ki, 18 mindən çox amerikalı isə bu virusun qurbanına çevrilib.

Ötən gün ərzində Birləşmiş Ştatlarda 2 108 insan COVID-19 infeksiyasından ölüb.

Bu isə növbəti antirekorddur. Ölkədə koronavirusdan ölənlərin ümumi sayı 18 693 nəfərə çatıb.

Bildirilir ki, koronavirusa 500 399 yoluxma halı qeydə alınıb, 28 837 nəfər sağalıb.

BAKU.WS