SİZİN REKLAM BURADA!
055 213 76 73


Polşa prezidenti Ancey Duda etiraf edib ki, koronavirus epidemiyası ilə əlaqədar may ayına təyin olunan prezident seçkiləri təxirə salına bilər.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Polşada prezident seçkilərinin birinci turu mayın 10-na təyin olunub.

Müxalifətin etirazlarına baxmayaraq, hökumət seçkiləri keçirməkdə israrlıdır.

“Seçkilərin vaxtı təyin edilib və bizdən heç kəs bu il mayın 10-da, yəni ay yarım sonra nə baş verəcəyini dəqiq bilmir”, - Duda Polşa televiziyasının efirində deyib.

“Əgər epidemiya bu cür davam etsə, o zaman seçki vaxtı təxirə salına bilər”, - o, əlavə edib.

BAKU.WS