SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin İstanbul Sabiha Gökçen Hava limanında sərt eniş edərək üç hissəyə parçalanan "Boeing 737-800" tipli təyyarənin sərnişinləri arasında bir Azərbaycan vətəndaşı da olub.

BAKU.WS NTV-yə istinadən xəbər verir ki, təyyarədəki 177 sərnişinin çoxu Türkiyə vətəndaşıdır. Sərnişinlər arasında həmçinin 4 ABŞ, 1 Azərbaycan, 1 Türkmənistan, 1 Qazaxıstan vətəndaşı olub.

Xatırladaq ki, "Boeing 737-800" laynerinin Sabiha Gökçen hava limanına enərkən zolaqdan çıxması nəticəsdində xəsarət alanların sayı 120 nəfərə çatıb. 


BAKU.WS