SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gecə Gürcüstanın azərbaycanlılar yaşadığı kəndində güclü yanğın baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətt”inə məlumat veriblər.

Bildirilir ki, Soğanlıq kəndində villa yanıb.

Yanğın baş verən ərazidə minik maşınları olduğu üçün vəziyyət daha da gərgin olub.

Qonşuların köməyi ilə ərazidəki avtomobillər yanğın yerindən çıxarılıb.

Qeyd edək ki, yanğın baş verən villanın azərbaycanlıya məxsus olduğu bildirilir.

BAKU.WS
VİDEO