SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukraynanın Baş naziri Aleksey Qonçaruk istefa verib.

BAKU.WS xəbər verir ki, o, bunu cümə günü, yanvarın 17-də, "Facebook" səhifəsində açıqlayıb.

Qonçaruk istefasını hökumət iclaslarının audio yazılarının yayımlanması ilə əlaqələndirib.

O, bildirib ki, elə bir fikir formalaşdırılıb ki, baş nazir və komandası prezident Vladimir Zelenskiyə hörmət etmir.

“Mən prezidentin proqramını yerinə yetirmək üçün vəzifəyə gəldim. O, mənim üçün şəffaflıq və ədəb nümunəsidir. Ancaq prezidentə olan hörmətimizə və inamımıza dair hər hansı bir şübhəni aradan qaldırmaq üçün istefa məktubunu yazdım və parlamentə təqdim etmək hüququ ilə prezidentə verdim",-deyə Qonçaruk vurğulayıb.

BAKU.WS