Çeçenistan rəhbərinin sözçüsü Alvi Kərimov Ramzan Kadırovun müvəqqəti iş qabiliyyətini itirməsinə aydınlıq gətirib.

BAKU.WS xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Çeçenistan liderinin nümayəndəsinin qeyd etdiyi kimi, Kadırov tibbi prosedurlar tələb edən müalicə kursu keçir. Kərimovun sözlərinə görə, Çeçenistan Respublikasının Konstitusiyasında müvəqqəti iş qabiliyyətini itirdikdə və ya tətildə olduqda rəhbər vəzifələrinin hökumət başçısına həvalə edilməsi nəzərdə tutulur.

Çeçenistan rəhbəri Ramzan Kadırov müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi ilə bağlı yanvarın 15-də vəzifəsindən gedib və səlahiyyətini hökumət başçısı Müslüm Xuçevə verib.

Müvafiq sərəncam yanvarın 13-də imzalanıb. Çeçenistanın Milli Siyasət, Xarici Əlaqələr, Mətbuat və İnformasiya naziri Cambbulat Umarov, respublika başçısının verdiyi qərardan xəbəri olmadığını söyləyib.

BAKU.WS